21 Eylül 2012 Cuma

Aybaşının gecikme səbəbləri

Menstrual tsiklin pozğunluqları

Normal aybaşı tsiklinin (dövrünün) əsas əlaməti onun mütəmadi – requlyar şəkildə olmasıdır. Yəni aybaşı mütəmadi olaraq yalnız müəyyən müddətdən sonra (norma olaraq 28 gün hesab edilir) baş verir. Məsələn, sentyabr ayında olan aybaşı ondan qabaqkı aya görə 28 gündən sonra, oktyabr ayında isə 23 və ya 33 gündən sonra (əvvəlki aydan 5 gün əvvəl və ya 5 gün sonra) baş verərsə, bu, normal hal hesab olunur. Aybaşı gözlənilən tarixdən 10 gün və daha çox olmaqla tez və ya gec baş vermiş olarsa, mütləq həkim-ginekoloqa müraciət etmək məsləhət görülür. Tsiklin bu şəkildə pozulması ciddi patoloji prosesin olmasının ilkin əlaməti ola bilər.

Əlbəttə ki, heç də bütün qadınlarda aybaşı tsikli 28 gün təşkil etmir. Əgər sizdə aybaşı tsikli 24 gün və ya məsələn, 32 gün təşkil edirsə, bu da normal fərdi menstrual tsikl hesab edlir. Bu zaman əsas göstərici menstruasiyaların mütəmadi (requlyar) şəkildə olmasına diqqət yetirmək lazımdır! Yəni abaşı 5 gündən artıq olmamaqla tez və ya gec baş vermiş olmasın.

Hər bir qadın öz aybaşı tsiklinin müddətini yaxşı bilməli və yazılı şəkildə öz tsiklinin təqvimini aparmalıdır (yəni, hər dəfə tsiklin başlanma və qurtarması tarixlərini qeyd etmək). Bu qadına aybaşı tsiklinin başlanmasından öncəki günlər ərzində ağır fiziki işlərlə məşğul olmaqdan çəkinməkdə, hamiləlik baş verdikdə onun müddətini düzgün təyin etməkdə kömək etmiş olur. Aybaşı tsiklinin təqviminin aparılması, həmçinin aybaşı tsiklində olan hər hansı bir pozğunluqların vaxtında müəyyən edilməsinə və gecikmədən həkimə müraciət olunmasına imkan verir.

Aybaşı dövrü - funksiya etibarı ilə bir neçə “quruluşlar” (baş beyini qabığı, hipotalamus, hipofiz), həmçinin qadın cinsiyyət üzvləri (yumurtalıqlar, uşaqlıq) tərəfindən tənzimlənir. Bu sistemlər bir-biri ilə əlaqəli olduğundan növbəti aybaşı tsiklinin pozulması onların hər birindən asılı ola bilər.

Aybaşının ləngiməsi səbəbləri

Aybaşının ləngiməsi müxtəlif ginekoloji xəstəliklər, məsələn, uşaqlığın və yumurtalıqların iltihabı, uşaqlığın mioması (xoşxassəli şişi), onkoloji xəstəliklər və s. səbəblərdən baş verə bilər.

Mütəmadi olaraq menstruasiyanın ləngiməsi yumurtalıqların polikistoz xəstəliyi üçün xarakterik hesab edilir (bu barədə 25-ci səhifədə oxuya bilərsiniz)

Aybaşının ləngiməsi, həmçinin uşaqsalmadan (abort) sonra da baş verə bilər. Bunun səbəbi isə uşaqsalmadan sonra pozulmuş olan hormonal tarazlıq, həmçinin uşaqlığın özündə olan patoloji haldır. Yəni, uşaqsalmadan sonra aybaşı 28-32 gündən sonra yox, 40 gün və daha artıq müddətdən sonra baş verə bilər. Belə ləngimə normal hesab edilə bilməz və qadının müayinə və müalicə olunmasını tələb edir.

Aybaşının ləngiməsinin səbəbi oral (ağızdan qəbul edilən) kontraseptivlərin (hamiləlik əleyhinə dərman preparatları) qəbul edilməsi də ola bilər. Preparatın qəbul edilməsi dövründə və ya onun qəbulunu dayandırdıqdan sonrakı müddət ərzində bir neçə aybaşı tsikli olmaya bilər. Bu, yumurtalıqların hipertormozlanması sindromu adlanır. Yumurtalıqların hipertormozlanması sindromuna təsadüf edildiyi halda, oral kontraseptivlərin qəbulu dayandırılır. Adətən, oral kontraseptiv preparatların qəbulu dayandırıldıqdan sonrakı 2-3 ay (maksimum 6 ay) müddətində yumurtalıqların funksiyası bərpa olunur. Aybaşının olmaması göstərilən müddətlərdən artıq olarsa, bu zaman mütləq həkim-ginekoloqa müraciət etmək lazımdır.

Uzun müddətli zəif və orta dərəcəli streslər və ya qısamüddətli güclü streslər – yumurtalıqların və uşaqlığın fəaliyyətini tənzimləyən baş beyini qabığı və hipotalamusun fəaliyyətinin normal gedişinin pozulmasına da səbəb ola bilər. Buna misal olaraq hərbi vəziyyət zamanı qadınlarda baş verən amenoreyanı (aybaşının olmaması) göstərmək olar. Bu zaman baş verən güclü streslər şəraitində qadınlarda menstruasiyalar bir neçə il müddətinə kəsilmiş olur. Ancaq heç bir müalicə aparmadan streslər qurtardıqdan sonra aybaşının öz-özünə bərpa olunacağına ümid etmək də olmaz. Çünki bir çox hallarda aybaşı tsikli bərpa olunmaya da bilər. Buna görə də səbəbindən asılı olmayaraq aybaşı tsiklinin pozulması zamanı həkim-ginekoloqa müraciət etmək məsləhət görülür. Qadın, ginekoloq tərəfindən tam şəkildə müayinə olunduqdan sonra tələbat olduğu halda digər mütəxəssislərin (nevropatoloq, endokrinoloq və s.) də müayinəsinə göndərilə bilər.

Menstruasiyanın xeyli müddət ərzində olmamasının səbəblərindən biri də qadının çəkisinin xeyli dərəcədə və sürətli şəkildə azalması da ola bilər. Arıq olmağın dəbdə olmasına uyaraq bir çox “müasir” qızlar özlərini xeyli dərəcədə arıqladaraq çəkilərini kritik menstrual çəki (45-47 kq ) həddinə çatdırırlar ki, bu da aybaşının uzun müddətə kəsilməsinə səbəb olur.

Aybaşının kəsilməsinin ən təbii səbəbi – hamiləlikdir. Hamiləlik vaxtı endokrin sisteminin fəaliyyətində xeyli dərəcədə dəyişikliklər baş verir: hipofiz vəzi aktiv şəkildə prolaktin hormonu hazırlamağa başlayır ki, o da bir tərəfdən laktasiyanı (döş vəzisində südün hazırlanması) stimullaşdırır, eyni zamanda isə ovulyasiyanı dayandırır.

Hamiləliyi təsdiq etmək üçün hamiləlik testindən istifadə edirlər. Bu test sidikdə spesifik “hamiləlik hormonu” olan – xorionik qonadotropinin (XQ) olması və ya olmamasını müəyyən edir.

Qadınlar onu da bilməlidirlər ki, bəzi onkoloji – şiş xəstəliklərində də xorionik qonadotropinin (XQ) ifrazı baş verir. Bu isə səhv olaraq “müsbət” hamiləlik testi kimi qəbul edilə bilər.

Bundan savayı, qadınlar onu da bilməlidirlər ki, aybaşının kəsilməsi həm uşaqlıq daxili hamiləlikdə, həm də uşaqlıqdan kənar hamiləlikdə də (bu zaman rüşeym hüceyrəsi uşaqlıq borusu, yumurtalıq və qarın boşluğuna birləşmiş olur) baş verir. Hər iki halda (həm uşaqlıq daxili, həm də uşaqlıqdan kənar hamiləlik zamanı) hamiləlik testi müsbət olur. Uşaqlıqdan kənar hamiləlik qadının sağlamlığı və hətta həyatı üçün çox təhlükəli bir hal hesab edilərək təcili şəkildə ləğv edilməlidir. Buna görə də hamiləliyin ilk əlamətləri başlayan kimi mütləq həkim-ginekoloqa müraciət etmək tələb olunur. Aparılan müayinələr nəticəsində həkim hamiləlik faktının olmasını, həmçinin onun uşaqlıq daxili və ya uşaqlıqdan kənar olmasını müəyyən edə bilir.

Laktasiya da - aybaşının olmamasının təbii səbəblərindən biridir. Adətən, ana körpəsini yalnız əmizdirməklə qidalandırdığı zaman, prolaktin hormonu ovulyasiyanı dayandırır – və laktasion amenoreya (körpənin ana südü ilə qidalandırılması zamanı menstruasiyanın kəsilməsi) baş verir ki, bu da uşağın 1 yaşınadək və daha artıq müddət ərzində (uşağın əmizdirilməsi qurtarana qədər) davam edir. Bəzi hallarda isə kifayət qədər laktasiyanın olduğu müddət ərzində qadınların aybaşı tsikli tez bir zamanda bərpa olunur. Ona görə də qadınlar bilməlidirlər ki, doğuşdan sonra aybaşının olmaması və uşağın normal əmizdirilməsi dövründə hamiləliyin baş verməməsinə 100% təminat vermək olmaz. Buna görə də onlar hətta bu dövrdə də hamiləlikdən qorunmanın (kontrasepsiya) müvafiq üsullarından istifadə etməlidirlər.

Əgər qadın, ümumiyyətlə, uşağı əmizdirmirsə və ya onun südü çox azdırsa, adətən, doğuşdan 2-3 ay sonra menstruasiya tsikli bərpa olunur.

Beləliklə, nəticələri qeyd edək:
qadın özünün aybaşı tsiklinin müddətini bilməli,
aybaşı tsiklinin müntəzəm (requlyar) olmasına nəzarət etməli,
ilkin tsikl pozğunluqları baş verən kimi, tez bir zamanda həkimə müraciət etməlidir.

Həkim-ginekoloq tərəfindən aparılan müayinələr, bir çox hallarda, təcili cərrahi müdaxilə tələb edilən halların (uşaqlıqdan kənar hamiləlik, onkoloji – şiş xəstəlikləri və s.) vaxtında müəyyən edilməsinə imkan vermiş olur.

Menstruasiya zamanı ağrı və nasazlıqlar

Bir çox qadınlarda menstruasiya (aybaşı) tsikli bu və ya digər xəstəlik hissiyyatları ilə keçir. Bu halı həkimlər menstruasiya önü sindromu (menstruasiyadan əvvəl qadın orqanizmində olan pozğunluqlar) və alqodismenoreya (ağrılı aybaşı) kimi adlandırırlar.

Birinci halda aybaşı (menstruasiya) başlamazdan bir neçə gün əvvəl qarının aşağı hissəsində ara verməyən ağrılar, xeyli selik ifrazı, tezləşmiş sidik ifrazı hissiyyatı, ümumi hal-əhvalın pisləşməsi, süd vəzilərinin mümkün ola biləcək gərginləşməsi, baş ağrıları, başgicəllənmə, miqren (kəskin baş ağrıları), bayılmalar (özündəngetmələr), depressiya, hər şeyə kəskin reaksiya vermək, ürəyi kövrəklik və bir çox digər narahatedici əlamətlər əmələ gəlir.

Aybaşı başlayandan sonra bu narahatlıqlar ya keçib gedir və ya arta bilərlər. Alqodismenoreya zamanı qadında qarının aşağı hissəsində ağrı, ürəkbulanma, qusma, başgicəllənmə, baş ağrıları, ümumi zəiflik, bəzən isə huşun itirilməsi (bayılma) kimi əlamətlər olur. Bir sıra qadınlarda bu əlamətlər tez bir zamanda keçib getsə də, digərlərində menstruasiyanın sonuna qədər saxlanmış olur.

Əlbəttə ki, aybaşı (menstruasiya) zamanı olan ağrılar uşaqlığın müxtəlif patoloji xəstəliklərində – endometrioz (uşaqlığın selikli qişasının iltihabı), uşaqlıqda daxili çapıqların olması, uşaqlığın formasının düzgün olmaması, uşaqlığın mioması və s. bu kimi patoloji hallarda da baş verə bilər. Məhz buna görə aybaşı dövründə, kəskin ağrılar hiss edildiyi halda mütləq ginekoloqa müraciət etmək lazımdır.

Onu da qeyd etmək lazımdır ki, bir çox hallarda menstruasiya (aybaşı) vaxtı və ya ondan qabaq, hətta kəskin ağrılar və digər “narahatlıqlar” hiss edən qadınlar tam sağlam olurlar. Bəs bu halda menstruasiya vaxtı olan ağrılar və digər xoşagəlməz hissiyyatlar nə ilə əlaqədardır? Ginekoloqlar bu halları qadın cinsi hormonlarının orqanizmə təsiri ilə əlaqələndirirlər. Məlum olduğu kimi, uşaqlıq menstruasiya dövründə şişkinləşdiyi üçün onun ölçüləri bir qədər artaraq əvvəlki halına nisbətən daha çox yer tutmuş olur. Ola bilər ki, bu zaman uşaqlıq qonşu orqanlara dirənir ki, bu da çanaq nahiyəsində ağrılar və digər narahatlıqlara səbəb olur. Ağrılar menstruasiya zamanı uşaqlıq boynunun əzələ qatının vaxtında boşalmaması (genişlənməməsi) nəticəsində də baş verə bilər; yəni uşaqlığın selikli qişasının qopması başlamış olduğu halda, uşaqlıq boynu lazımi ölçülərədək genişlənməmiş ola bilər. Bu halda uşaqlıq içəri tərəfdən dartılmaqla özü-özünü genişləndirir ki, bu da ağrıya səbəb olur.

Menstruasiya vaxtı və ondan qabaqkı dövrdə, qadının sinir sistemi və psixoloji halında olan dəyişiklikləri həkimlər, qadın cinsi hormonlarının sinir sisteminə olan təsiri ilə izah edirlər. Beləliklə, həkimlə məsləhətləşdikdən sonra, ağrılı aybaşının olmasına baxmayaraq sizin orqanizminizdə heç bir patoloji pozğunluğun olmadığına əmin olduqdan sonra, ümumi vəziyyətinizi yüngülləşdirmək üçün aşağıdakı məsləhətlərimizdən istifadə edin:
Menstruasiya başlanan günü və ondan 1 gün əvvəl bir çox qadınlara adi spazmolitik dərman preparatlarından birinin (sizə hansı preparatın uyğun olmasını seçmək üçün həkiminizlə məsləhətləşin) qəbul edilməsi yaxşı kömək edir;
Kəskin ağrılar olduğu halda həkim-ginekoloqla məsləhətləşərək ağrıkəsici preparatlarından da istifadə etmək olar;
Bir çox qadınlara isti vanna qəbul edilməsi də yaxşı kömək edir. Bu, əzələlələrin yüngül dərəcədə boşalmasına səbəb olur ki, bunun da nəticəsində uşaqlıq boynu daha tez açılır. Bu məqsədlə həmçinin qarının aşağı hissəsinə isti qrelka (içinə isti su tökülüb bədənin ağrıyan yerinə qoyulan rezin qovuq) da qoymaq olar;
Aktiv fiziki hərəkətlər də bir çox hallarda qadınlarda ağrının azalmasına səbəb olur;
Ağrının azalmasına aşağıdakı idman hərəkəti də kömək edə bilər: arxası üstə uzanaraq divar boyu ayaqlarınızı yuxarı qaldırın. Bədən əzələlərinizi tam şəkildə boşaldaraq bu halda 15 dəqiqə ərzində uzanın;
Menstruasiya vaxtı ümumi əhval-ruhiyyənin kəskin şəkildə pisləşməsi, psixi və nevroloji gərginlik, hər şeyə kəskin reaksiya vermək, depressiya və s. əlamətlər olduğu hallarda həkim-nevropatoloqa müraciət etməklə sakitləşdirici dərman preparatlarının qəbul edilməsi barədə məsləhət almaq olar.

154 yorum:

  1. salam menim aybasim,6 da olub mart ayinda.30 da cinsi elaqede olmusham.indi aprelin 9 dur ama aybasim olmur.bu hamilelik oa biler?

    YanıtlaSil
    Yanıtlar
    1. Bu yorum yazar tarafından silindi.

      Sil
    2. Bu yorum yazar tarafından silindi.

      Sil
    3. Salam men qadinam yoldasimin adiynan girmisem.29yasim var iki usaq anasiyam.men axirinci defe noyabrin 17si aybasi olmusam dekabr olnamisam teste etmisem 1xetdi.yanvarin 10nu hekime getdim aparata girdim hecne gostermedi.indi fevral ayidi helede olmamisam ama bu ay test etdim iki xett gosterdi.ola biler usaq olsun?onuda diyim qorunmusam.men hec vaxt qoruna qoruna usaqa qalmiram.nolar sesime ses verin cvb yazin neynim?

      Sil
    4. Salam men qadinam yoldasimin adiynan girmisem.29yasim var iki usaq anasiyam.men axirinci defe noyabrin 17si aybasi olmusam dekabr olnamisam teste etmisem 1xetdi.yanvarin 10nu hekime getdim aparata girdim hecne gostermedi.indi fevral ayidi helede olmamisam ama bu ay test etdim iki xett gosterdi.ola biler usaq olsun?onuda diyim qorunmusam.men hec vaxt qoruna qoruna usaqa qalmiram.nolar sesime ses verin cvb yazin neynim?

      Sil
  2. men 3 aydan coxdur ki aybasi olmuram ozum de evli deyilem qorxuram ki agir xesteliyim olsun xais edirem derdime derman lazimdi cavab yazin

    YanıtlaSil
    Yanıtlar
    1. Mende sizin kimiyem xaiw edirem kimse komek etsin ne ola biler ?

      Sil
    2. Salam.mutleq hekime gedin hormonal pozgunluk ve ya gonekoloji pozginluk ola biler

      Sil
    3. Mənim bir qohumum var oda elə olurdu qorxma onun 3 uşağı var bedəninin qurusu odur

      Sil
    4. Aybaşı gecikmeyi hemde düzgün gidalanmadıgda olmur gündelik gündelik su nece istekan icirsiz

      Sil
    5. Salam. Hekim. 48 yawim var. Subayam. UC aya kecrki aybawi olmur am. Amma qarnim altinda aqrolar var

      Sil
  3. salam menim 2005 1evladim olub ondan sonra usaga qalmirdim falikullar yetismirdi hekimden mualice aldim ayri ayri aylarda illerde 4defe usaga qalmisam 4de inkisafdan qalib axirinci abortdan sonra il yarimdi mualice aliram hormanal pozqunug var indi normasina dusub amma uziye dusdum hekim deyir ki sende palikistoz var 2aydir aybasi olmuram hekim deyirki enelyat eleyek men istemirem teze emele gelib coxda boyuk deyil mualice alsam nece olar amma bedenim dermanlarla doludur mene bir meslehet verin cox xais edirem bir cavab yazin bitgilerle mualice elesem nece olar aybasi olmasi ucun hansi bitgi yaxsidir elacsiz qalmisam xais edirem bir meslehet vererdiz

    YanıtlaSil
    Yanıtlar
    1. men evli deyilem hemiwe vaxtimdan 10 gun tez xestelenirem 19yawim var 2ildi beledi sebebi ne ola biler cox qorxuram

      Sil
    2. Salam .esasen bew gun evvel ve sonra normaldir.bunun esl sebebini bilmek ucun hormonal analiz verin .usiden kecin

      Sil
    3. salam/sizin ikinci ovladiniz oldu? men da indi eyniyle sizin veziyyetdeyem.bir usaq var sonrasinda 3 defe ayri ayri illerde dusuk olub 8 heftelik 7-8 ayliq/artiq 4 ildir/ne mualice etdiz? yaza bilersiz?

      Sil
  4. mene nece cvb gelecek

    YanıtlaSil
  5. salam menim vaxtımdan 5 gün keçib ancaq hamilelik testi salıram neqatif çıxır bunun sebebi ne ola biler 23 yaşım var

    YanıtlaSil
  6. Menim 19 yawim var ay bawi vaxti vaxtinda olurdum ama iki aydi pozulub polikistozuda var men hamile qala bilerem?

    YanıtlaSil
  7. salam menim 21 yasim var yuyunanda elime iceride et kimi sey deyir qizliqim pozula biler yoxsa yox xais edirem cavab yazin

    YanıtlaSil
  8. salamlar men aybasi vaxtimdan 40gun kecib bu nedendi?venama iyne vuruldu kalciklikanat iynesi bunan ola bilermi?

    YanıtlaSil
    Yanıtlar
    1. Sizin vaxtinizdan bu qeder jecdi neynedz sonra?

      Sil
  9. salam men evliyem 24 yasim var 2 aydi aybasi olmuram test de alib yaxlamisam hamile deyilem sebebi ne ola biler

    YanıtlaSil
    Yanıtlar
    1. salam bacilar burda yoldawimin adiyla gedirem

      Sil
    2. salam bacilar burda yoldawimin adiyla gedirem

      Sil
    3. salam bacilar burda yoldawimin adiyla gedirem

      Sil
    4. Bu yorum yazar tarafından silindi.

      Sil
    5. Salam men aybawimdan 6gun kecib olmuram hekim ne edim ki olum testde etdim 1 xet gorserdi 7ay bundan qabaq keyserke olmuwam evladimim 6ayinda 6ayinda ayabawi oldum iki defe olmuwam 3 aybawim gecikir dermanda atairdim.kalsuyuma gore o gecikdire biler

      Sil
  10. Men hamile qalmaq isdemirem ne edim

    YanıtlaSil
    Yanıtlar
    1. Qoruyucudan istifade edin cinsi elaqede oldugunuz vaxt

      Sil
    2. Qarsi cins prezervativ istifade etsin.Apteklerden sorusun.

      Sil
    3. Mən 2 ayin gəliniyəm. Hamilə qalmağ istiyirəm uşaği sevirəm necə edim hamilə qalim? Aybaşida olmuram. Test saliram 2 ci xətt solğun düşür xahis edirəm cavab yazin mənə

      Sil
    4. Erine de yaxsi siksin onda yuz faiz qalacan yox onda qalmasan gel men hekimin yanina

      Sil
  11. Salam.menim 24 yaşım var.7ci sinifden aybaşım başlıyıb.amma ele ovaxtan indiye kimi ilde iki və ya uc defe aybaşı oluram.kistadan müalice alsamda yene düzəlmədim.esebi və gərgin oluram hemde kokelirem.sebebin yaza bilersiz mene zehmet olmazsa.

    YanıtlaSil
    Yanıtlar
    1. Salam mence siz coc guclu ginikoloqa muraciet eleyin.buna mesulliyyetsiz yanasmayin

      Sil
  12. Menim ay bawimdan 2 hefte kecib neden ola biler?

    YanıtlaSil
  13. 15 yawim var aybawi cox geciwir 35-40 gun ele olurki 55 gun neden ola biler?

    YanıtlaSil
    Yanıtlar
    1. 15 yasim var menim vaxtimdan 2 ay kecib yumurtaliqlarim agriyir bunun sebebi nedir????????

      Sil
    2. Salam 17 yasim varkecen ayin ninin 13 olmusdum bu ayin 13 olmaliydim ama olmadim malcede aliram teste eleyirem gorsetmir ay basi gecikmem olurdu amma malce elidem yene gecikmisem bilmey isdeyirem nedendi

      Sil
    3. Ola biler 1 hefde qabaga 1 hefde geriye vura biler

      Sil
  14. salam mənim 23 yaşım var 2 aydır aybaşı olmuram testlə yoxlamışam neqatif çıxıb, səbəbini bilmək istəyərdim?

    YanıtlaSil
    Yanıtlar
    1. salam baci menim adim hecerdi yoldawimin adiyla kecmiwem men sizin kimiyem menim 20 yzsim var

      Sil
  15. salam men 24 yasindayam qaydasinda aybasi olmuram 5aydan 3 aydan bir oluram her seyi yoxlatmisam neden ola bilir

    YanıtlaSil
    Yanıtlar
    1. Xanim horom problem niZ var ola bilsin mende de eledi sizi kimi

      Sil
    2. Salam menim 19 yawim var ama vaxti vaxtinda olmura herden ele olur cox qabaga atir yada geri atir nedendi o

      Sil
  16. 19 yawim ehtirasim coxdu neden ola biler?

    YanıtlaSil
    Yanıtlar
    1. By yaw dovrunun xususiyyetidi bezi insanlarda 14-15 yawlarda bezilerinde18-20 arasinda vaxt getdikce duzelir gerek ehtiras muddetinde ozunuzu qoruyasiz eks cinse qarwi ele ewcinse qarwi da tehlukeli dovrdur ozunuzu bashqa islere verin enerji serf ede bilecek butun fikirinizi alacaq bir ish buna idman kitab oxumaq resm cekmek ev ishlerinide aid etmek olar

      Sil
    2. Cirpdirda))))

      Sil
  17. salam menim 12 yasim var ilk aybasim avqustun 24 de oldu 30 qeder davam etdi indi oktyabrin 26 sidi hele aybasi olmamisam cox narahatam xais edirem cavab yazasiniz

    YanıtlaSil
    Yanıtlar
    1. Narahat olma. Ilk vaxtlarda ele hallar baw verir. Bir muddetden sonra duzelmese hekime muraciet edersen

      Sil
    2. Salam xais cavablandirin mende40gun sonra xesde olurem hekimede getmisem deyirki senin usaqliginin hereket elemir birlesme gedir ola biler hele biwey

      Sil
  18. Salam menim bir qizim var onun 4 yasi var indi men ikinci uwaq isteyirem olmur.aybawim duzgun deyil bir ay olub o birsi ay olmuram mene komek edin hamilelik ucun

    YanıtlaSil
  19. Salam menim 20 yasim var evliyem usaqim olmur horom pirablemim var ne dozasi esagadi aaa indi vaxtim nan kecip test eledim bidene xet qeldi aa çox qorxuram xayis edrem mene cavab yazasiz bu horom qorxulu birsey deyiiil?????

    YanıtlaSil
  20. Menim de aybashi tsiklim pozulub,2 aydi

    YanıtlaSil
  21. Mende kecen ay 4u oldum.bu ay gecikdi olmuram.bilirem k bas agrisida bunnandi.ama neyse cehenneme olsun

    YanıtlaSil
  22. 3Aydi evliyem..iki aydi ki aybawi olmur..test de hec bir musbet netice vermir..ne ile elaqedar ola biler??

    YanıtlaSil
  23. 46 yaşında aybaşı kəsilmiş qadının 15 ildən sonra aybaşı olması ola bilərmi.Əgər olursa bu xəstəlik sayılırmı.

    YanıtlaSil
  24. Salam menim 30 yawim var 2 oqlum var,men 4,5aydan bir aybawi oluram,bunun sebebi ne ola biler?xaiww edrm mene yardimci olasiz ,evvelden twk,

    YanıtlaSil
  25. Salam hekim men yanvarin 27xestelenmisdim fevralin 18baxdim teste hamilelik gösterdi hekim menim qizim var oqlan istiyirem oqlana qalmisam 1984.03.03 anadan olmusam xahis edirem meni hesabliyardiniz

    YanıtlaSil
  26. salam menim bu il iyunda 13 yawim olacaq amma helede aybasi olmamisam.cox narahatam bu neden ola biler?

    YanıtlaSil
    Yanıtlar
    1. Salam.Məncə orqanizmdən də aslıdır.Mən özüm 14 yaşımda aybaşı olmuşam.Ginekoloq öz fikrini bildirsə daha yaxşı olar amma məncə qorxulu bir şey deyil.Mənim sinif yoldaşım 9-cu sinifdə olub.O gen və orqanizmdən aslıdır

      Sil
  27. Salam.mən 7-ci sinifi bitirib 8-ə keçəndə avqustda aybaşı oldum.Hazırda 10-cu sinifi bitirirəm.3 ilin içindəyəm aybaşı oluram.Bu müddət ərzində heç 4 dəfə olmaz ki qabağa atıb.Həmişə arxaya atır.Yaz mövsümü də olanda mart,aprel bu aykarda 1 həftə gecikir.Qışda kistam var idi onu ginekoloqa müraciət etdim və müalicə ilə yox oldu.Həmişə ağrıdan ölürdüm.Venama iynələr vurulurdu,tabletlər qəbul edirdim.Güclə keçirdi.Son 2aydı həm bir az zəif,həm də çox az ağrılı və yenə də gecikməli oluram.Bunun səbəbi nə ola bilər?(Xahiş edirəm cavablandırın

    YanıtlaSil
    Yanıtlar
    1. salam xanımlar mən 10iyun ay başı olmaq vaxtımidi 7dsi oldum. indidə avqustun 7dsi olmalı idim hələ olmamışam bu gündə ayın 13dü . çox narahatam mənə kömək edərdiz bidə qanımı yuduzdurmuşam ondan ola bilər??

      Sil
  28. salam aleykum. 28yasim var axirinci ay basini aprelin 30olmusam iki defe test etmisem hecne yoxdu bunun sebebin deyerdizde

    YanıtlaSil
  29. Salam.aileliyem.mayin 7si aybasi oldum.indi iyunun 13dü helede aybasi olmamisam.bele hal mende tez tez bas verir.qiz vaxdida bele olurdum.hekime mürsciyet etdim dediki ere get düzelecek..helede düzelmir,usaqada qala bilmirem.

    YanıtlaSil
    Yanıtlar
    1. Niye cavab yazmirsiz

      Sil
    2. Axwaminiz xeyr men 2aydi evliyem aybawim vaxtinda olub her ayin 24 indi 15 gun kecib olmuram testede yoxladim neqativ bilmey olar nedi bu neynemek olar

      Sil
    3. Axwaminiz xeyr men 2aydi evliyem aybawim vaxtinda olub her ayin 24 indi 15 gun kecib olmuram testede yoxladim neqativ bilmey olar nedi bu neynemek olar

      Sil
  30. menim 16 yasim var.aybasim 2-3 aydan bir olur.men edim?narahatam

    YanıtlaSil
  31. 13 yasimda aybasi olmusam.indi 16 yasim var.aybasim 2-3 ay gecikir

    YanıtlaSil
  32. Men evli deyilem 19 yawim var ama artiq 4 aydi aybawi olmuram bidefede bele olmuwdu sora 3 ay vaxdinda oldu ama yene geldi 4 aydi olmuram neden ola biler ?

    YanıtlaSil
  33. Salam, menim 22 yasim var 2 ildi erdeyem, usaga qalmamisam hele, aybasi qecikir 2 ay 3 ay qecikmeler olur, polikisdozumda var, marice edende her ay olur elemeyende olmur, mene ne meslehet qorerdiniz?

    YanıtlaSil
  34. Adsiz. Salam manim aybawim gecikir .. 8gundur hamilalik testi etmiwam, testda tamamila hewna gostarmir. Mana maslahat verin na edim.

    YanıtlaSil
  35. menim tanidigim biri var 3 aydiki xesdelenmir testlede yoxlayib hec bir sey yoxdu bunun sebeni neden ola biler

    YanıtlaSil
  36. Salam 2 ildi evliyem usaga qala bilmirem aybasim vaxtinda olur sebebi ne ola biler.

    YanıtlaSil
  37. salam aybasimdan 4 gun keçib hamilə ola bilərəm

    YanıtlaSil
  38. Salam men ayibasi olmuram kesir olunanan beri xestelenmirem kim bilirse desinde xayis

    YanıtlaSil
  39. Salam hekim men 18yawim var aybawim hemiwe 10gun kecikir indide 20gun kecikir neden ola biler bu qiz uwagiyam xaiw eliyrem cavab yazin

    YanıtlaSil
  40. Salam doxtur menim 28 yasim var,aileliyem 4 aydi aile qurmşam, heleki, hamile qalmram. Amma aybaşı gec gec ollam 4, aydan bir 5 aydan bir. İndi mualice allam 3 aylıq derman yazblar onan 2 aydi vaxtnda oluram, indi bu fevralda olsam aparatdan kececem görey yumurtalıqlar ne veziyetdedi. hekimler qorxuzub meni usaq olmyacaqn deyrler cox pis olmsam ailede qaynanamgil söz söhbet salıb hettda usaq olmasa boşyacaqlarni deyrler. Amma yoldaşm sevib evlenmşik ayrlmyacaqni deyr.

    YanıtlaSil
  41. salam 12 yasim var ay bawi olmusam 3 aydir ay basi olmuram niye ola biler cox narahatam

    YanıtlaSil
  42. Salam menim 13 yasim var. Menim ay basim 13 yasima 2 ay qalmis oldu amma indi gecikir. Cox narahatam. Xayis edirem bir sey yazin

    YanıtlaSil
  43. Salam menim 13 yasim var. Menim ay basim 13 yasima 2 ay qalmis oldu amma indi gecikir. Cox narahatam. Xayis edirem bir sey yazin

    YanıtlaSil
  44. Salam menim 13 yasim var. Menim ay basim 13 yasima 2 ay qalmis oldu amma indi gecikir. Cox narahatam. Xayis edirem bir sey yazin

    YanıtlaSil
  45. Zaid edirem cavab yazin

    YanıtlaSil
  46. Salam menim 14 yasim var her elamet var amma aybasi olmuram ne etmeliyem?

    YanıtlaSil
  47. Xais edirem cavab yazin cox narahatam

    YanıtlaSil
  48. Salam doktor men yanvarin 27 sinde abort eletdirmisem fevralin 24 du 1 gun aybasi oldu kesildi ondan sonra 1 ay kecib olmamisam hamile qala bilerem cox narahatam

    YanıtlaSil
  49. Bu yorum yazar tarafından silindi.

    YanıtlaSil
  50. Menim 14 yasim var ve hech vaxt ay bawi olmamiwam bunun sebebi ne ola biler?

    YanıtlaSil
  51. Salam 20 yaşm var subayam.3 aydi aybaşı olmuram. Olan zamanda hemişe Cox aqr aqrili keçirirəm gah bedenime istilik gahda titrətmə gelr sebeb ne ola biler?

    YanıtlaSil
  52. AYBAWI OLMAG UCUN NE ETMEK LAZIMDI?

    YanıtlaSil
    Yanıtlar
    1. Folekullar nə zaman yetişsə onda da partlayacaq və aybaşı olacaqsınız.Aybaşıya hər tədbir görməyin.Ginekoloqa müract edin.Əks təqdirdə özünüz nəsə etsəniz başınız çox ağrıyar sonra

      Sil
  53. Salam DC. Men 1 aydirki ayleliyem aybasim bu ayin 10 oldu aybasidan 2 gun qabagsa elagede olmusam indi ise qarin hissem ve belim cox agriyir sizce bu hamilelik ola bilermi umumiyyetle aybasi olaa ola hamile qalmag mumkundurmu

    YanıtlaSil
  54. Salam DC. Men 1 aydirki ayleliyem aybasim bu ayin 10 oldu aybasidan 2 gun qabagsa elagede olmusam indi ise qarin hissem ve belim cox agriyir sizce bu hamilelik ola bilermi umumiyyetle aybasi olaa ola hamile qalmag mumkundurmu

    YanıtlaSil
  55. Salam,ay başi gec gec oldugum ucun hekime muraciyet etsem qizligimin pozuldugu bilinermi? Xaiw cavablandirin,qabagcadan teşekurler...

    YanıtlaSil
  56. Salam.Men evveller 2-3aydan bir olurdum.Özüde 1hefte.(olandada çox olurdu)sonra düzeldi her ay oluram.ama day çox olmur.hardsa 5-6 ay olar ki,Ayda 3gün oluram.oda deqiq vaxtinda olmur ki bilem.gah ayin axiri olur gah ortasi olur gah evveli olur.çox xahiş edirem cvb yazin.(Not:17yş,subayam

    YanıtlaSil
  57. Mənim 15 yaşim var 52 kilo idim dəhşətli stress yaşadim indi 44 kq yam ariqlayan müddətdən 7 aydir aybaşı olmuram narahatam nə edim

    YanıtlaSil
  58. Salam hekim.. 4 aydi evliyem.. menustrasiyam son bir il, il yarimdi ki 28-29 gunnen bir olurdu.. bu son iki ayda gecikmem oldu kecen ay 3 gun bu ay artiq 4cu gundu.. test etdim neqativ cixdi.. deyirler bele olmagi novbeti aylarda hamile qala bileceyimle elaqedardir.. bu duzgundurmu.. deyilse neyin elameti ola biler xaiw edirem cavab yazasiz.. uwagim olmagini cox istirem��

    YanıtlaSil
  59. Bu yorum yazar tarafından silindi.

    YanıtlaSil
  60. salam menim 15 yawim var artiq 8 gundur ki aybawim gecikir,14 yawimda aybawi olmuwam neden ola biler?

    YanıtlaSil
    Yanıtlar
    1. xahiw edirem cavab yazin cooooooooooox narahatam

      Sil
  61. Salam hekim 5 aydir aileliyem aybasimda gecikmeler var hekim mailce uazdao usm dedi follekullar yetisir ama partlamir indi bu ay 10 gun dur ki gecikmisem test eledim neqativ cixdi

    YanıtlaSil
  62. Aybasi qaninda ətə və dəriyə bənzə kicik parcaciqlar neden ola bilər

    YanıtlaSil
  63. bacilar sizden bir soz soruwum belke belleewey olub sizde men 1 ildi ayileliyem hamile idimekiz uwag saldim yani boru hamileliyi oldu indide 2 aydi aybawi olmuram bidefe test etdim biri tund biri acig cixdi tezden bidenede etdim hecne cixmadi indi men hamileyem onu bilmek isterdim eger bilirsizde xaiw edirem cvb yazardiz cox qorxuram he mde cox heyacanliyam

    YanıtlaSil
  64. salam oz adim hecerdi sizden coox xaiw edirem allaha xatir bilen varsa yazardizda bacilar

    YanıtlaSil
  65. salam oz adim hecerdi sizden coox xaiw edirem allaha xatir bilen varsa yazardizda bacilar

    YanıtlaSil
  66. Salam aprelein 18zi aybaşı olmuşam may ayidir helede aybaşı olmuram subay qizam 22yaşım olacag iyulda xais edirem sizden cavab yazardizda

    YanıtlaSil
  67. Salam 21yasim var aprelin 28olmusam may ayinda olmadim subayam

    YanıtlaSil
  68. Salam menim16 yawim var. Men iyulun 23 u aybawi olmuwam. Indi ise avqustun 30udu helede olmamiwam. Bu neden ola biler? Xaiw edirem cavablandirardiz

    YanıtlaSil
  69. Salam məndə 2 dəfə inkişafdan qalıb hamiləliyim qanl laxtalanmasınnandı deyir həkimim neyniyə bilərəm 3-cüdə qalmasın məsləhət verərdiz

    YanıtlaSil
  70. Salam.men sud verirem 10 ayliqdi korpem.3-cu doguwdu.her ikisinde 6 aydan sonra menustraaiyam olub. indi 9 ayimda oldum.ama 1 aydi gecikme var olmuram.bu normaldimi?cox xaiw edirem cvb yazasiz evvelceden tewekkurler..

    YanıtlaSil
  71. Salam menim 13 yasim var ve aybasi vaxtimdan 1 hefteden coxdu kecib. Evvelce agrilar oldu ve venaya iyne vurdurduq agri kecdi amma helede aybasi olmamisam. Bunun sebebi nedir? Xahis edirem komek edin

    YanıtlaSil
  72. salam men artiq 3 aya yaxindir aybasi olmuram men ne etmeliyem xahis edirem komek edin

    YanıtlaSil
  73. slm.3gundu aybasimnan kecib,tesr eledim menfi cixdi,bu ne demeydi


    YanıtlaSil
  74. xahis edirem nese yazin

    YanıtlaSil
  75. Bu yorum yazar tarafından silindi.

    YanıtlaSil
  76. Salam mene bir meslehet gorerdizde.2017 ci ilde keyseriyye oldum oğlum dunyaya geldi aprelde ondan sonra ayibaşi olmuram hekime getmirem uşaqa gore emizdirirem odu yoldaşim deyir yaziqsan get dozurem getmirem qarnim ağrayir vaxtima az qalmiş ama olmuram yene bir il olar olmuram ayibaşi tanişlar deyir uşaq emizdirirsen odu olmursan ne edim ki olum ayibaşi olmamaq problem yaradar mene?

    YanıtlaSil
  77. Xahiş edirem bir meslehet ederdizde nece edim ki ayibaşi olum cox narahatam kokeliremde buna gore

    YanıtlaSil
  78. Salam men qiz vaxti 4 gun en azi aybasi olurdum indi amma 2 gun oda cox az sizce neynemeliyem?

    YanıtlaSil
  79. Salam mən evliyəm ama aybaşı pozğunluğum var nə edim

    YanıtlaSil
  80. Salam.men uwaqi sudden kesenden 9 aydi aybawi olmuram.mualicede almisam.progesteron iyne vurdurmusam.dermanda atmisam.ne etmek olar.analizlerimde temizdi.

    YanıtlaSil
  81. Salam mən iyulun 2 aybaşı xəstəliyim bitib. bir neçə dəfə cinsi əlaqədə olmuşam. ama hal hazırda 13.08.2018-ci ildi hələdə xəstələnmirəm. testlə yoxlayıram heçnə çıxmır nədən ola bilər xahiş məsləhət verin

    YanıtlaSil
  82. Salam men evliyem ne 1 ay 7 gundu aybasi olmuram tesdede yoxlayiram bir xet cixir

    YanıtlaSil
  83. Salam mende 4-5gun evvel sidikde qan geldi amma 1 defe oldu bu hal ve indi aybasi muddetimdi 2 gundurde aybasi olmuram sebebi ne ola biler ?

    YanıtlaSil
  84. Salam mənimm 14 yaşım var mən 12 aybaşı olmalıydım bu gün isə 18di niye olmuram bilmirem qorxuram bir şey olar

    YanıtlaSil
  85. Salam 21yasim var axrnci defe sentyabrn 24aybasi oldm 29u kutardim. Bugub ayin 28 ama helede aybasi olmamisam problem ola biler yoxsa tezdi???

    YanıtlaSil
  86. Xahiw cavablandirn bu aybasi hesablamalarin deqiq anlamiram

    YanıtlaSil
  87. Salam hekim men ayin 31 bir gun aybawi oldum indi ise olmuram bunu izah edin

    YanıtlaSil
  88. Salam men 3 aydır aybaşı olmuram.evliyem iki övladım var.neçe cüre test de etmişem amma menfi olur.menim aybaşı olmamasının sebebi ne ola biler xahiş edirem cavablandırın😓

    YanıtlaSil
  89. Salam hekim men 3 aydır aybaşı olmuram.evliyem iki övladım var.neçe cüre test de etmişem amma menfi gösterir.menim aybaşının kesilmesinin sebebi ne olar xahiş yazardız

    YanıtlaSil
  90. Salam.menim 20 yaşım var.ilk defe16 yaşımda aybasi olmuşam.bir defe oldum bir de 6aydan sora oldum.ama 3-4aydan bir olurdum.indi ise bir aydan bir oluram oda vaxtında yox gah ayin evvəei gah ortası gah da axırı needim ki bu düzəlsin z xaiş cvb yazin

    YanıtlaSil
  91. Mənim vaxtimdan 1 həftə keçib. Gunlərimi sayiram Qorxuramki birdən aybaşi olaram... bu gecikməylə hamilə ola bilərəm?

    YanıtlaSil
    Yanıtlar
    1. Salam xanım sizin neçe yaşınız var men ginekoloqam

      Sil
  92. Niye yazdiqina cvb gelmir?

    YanıtlaSil
  93. Salam menim 14 yaşım var amma men 2 defe aybaşı olmuşam indi ile 2 defe yeni 1 defe olmuşam bu normal haldı yeni menim yaşım üçün yoxsa nece cavab yazarsızda

    YanıtlaSil
  94. Salam mrn qasiq yirtigindan emeliyyat oldum ayin 1i.24avqust olmali idim ama 9gun gecikme var bu emeliyystla bağli ola biler?

    YanıtlaSil
  95. Salam menim 24 yasim var 3 ildi aileliyem vaxdi vaxdinda xesdelenirem amma usaga qalmiram bunun sebebi ne ola biler

    YanıtlaSil
  96. Salam 23 yaşım var ailəliyəm mən bu fevral ayini aybaşı olmamışam amma hamilədir deyiləm necə eliyim men

    YanıtlaSil
  97. hamileliy ne vaxt bilinir . men sonuncu defe ministurasiya mart ayına 8 olmuşam, aprel ayın 16 test yoxlədım ikinci xət bulanıq göründü. uziya getdim uşağ görünmədi.XQ analiz verdim, üç həftəlik hamilə olduğunu görsəydi. Çox narahatam uzi niyə görsetmədi

    YanıtlaSil
  98. Tebrikler xanim hamilesiz məndede ikinci xett bulaniq idi

    YanıtlaSil
  99. Salam mən qadınam.ay başımdan 17 gün keçib test edirem 1xett çıxır.sizce bunun sebebi ne ola bilər?niye bu qeder gecikme olur?

    YanıtlaSil
  100. Xaiş edirəm cavablandirardiniz

    YanıtlaSil
  101. Xaiş edirəm sualımı cavablandirardiniz/?

    YanıtlaSil
  102. menim bir dostum var 42 yasi var.Arda olur olanda qarni agramir.hekime muraciet edib .Dermen yazib bir ay kullanib. amma bir sey olmuyub.

    YanıtlaSil
  103. BETTOURLAYS VS BETTOURLAYS VS BETTOURLAYS leovegas leovegas 카지노 카지노 917Lucky Bet Lucky Bet - Online sports betting - LCbet.com

    YanıtlaSil
  104. Salam hekim men Fevral ayını 23 olmusam aybaı indi Mart ayını 23 geldi ama olmadım aybaşı tes edim tek çizgi cıxdı aybaşı ola bilere ayın axrtan

    YanıtlaSil
  105. Xayiş edirem menim suvalimi Çaçan verin zemet olmasa

    YanıtlaSil
  106. Salam hormonal test vermek isteyirem xestelenmediyim ucun bilmirem uzi yoxsa hormonal test fikir bildire bilersiniz?
    Bilmek isteyirem ki, hormonal testde cixan cavablar uzidede cixir?

    YanıtlaSil
  107. Salam hekim menim aybasimda pozgunluq var men vaxtindan 4 gün evvel oldum sadece1 ve,ya 2 damci oldum basqa hecne yoxdur men hamile ola bilerem

    YanıtlaSil
  108. Xais edirem sualima cavab yazasiniz çox narahatam

    YanıtlaSil