21 Eylül 2012 Cuma

Aybaşının gecikme səbəbləri

Menstrual tsiklin pozğunluqları

Normal aybaşı tsiklinin (dövrünün) əsas əlaməti onun mütəmadi – requlyar şəkildə olmasıdır. Yəni aybaşı mütəmadi olaraq yalnız müəyyən müddətdən sonra (norma olaraq 28 gün hesab edilir) baş verir. Məsələn, sentyabr ayında olan aybaşı ondan qabaqkı aya görə 28 gündən sonra, oktyabr ayında isə 23 və ya 33 gündən sonra (əvvəlki aydan 5 gün əvvəl və ya 5 gün sonra) baş verərsə, bu, normal hal hesab olunur. Aybaşı gözlənilən tarixdən 10 gün və daha çox olmaqla tez və ya gec baş vermiş olarsa, mütləq həkim-ginekoloqa müraciət etmək məsləhət görülür. Tsiklin bu şəkildə pozulması ciddi patoloji prosesin olmasının ilkin əlaməti ola bilər.

Əlbəttə ki, heç də bütün qadınlarda aybaşı tsikli 28 gün təşkil etmir. Əgər sizdə aybaşı tsikli 24 gün və ya məsələn, 32 gün təşkil edirsə, bu da normal fərdi menstrual tsikl hesab edlir. Bu zaman əsas göstərici menstruasiyaların mütəmadi (requlyar) şəkildə olmasına diqqət yetirmək lazımdır! Yəni abaşı 5 gündən artıq olmamaqla tez və ya gec baş vermiş olmasın.

Hər bir qadın öz aybaşı tsiklinin müddətini yaxşı bilməli və yazılı şəkildə öz tsiklinin təqvimini aparmalıdır (yəni, hər dəfə tsiklin başlanma və qurtarması tarixlərini qeyd etmək). Bu qadına aybaşı tsiklinin başlanmasından öncəki günlər ərzində ağır fiziki işlərlə məşğul olmaqdan çəkinməkdə, hamiləlik baş verdikdə onun müddətini düzgün təyin etməkdə kömək etmiş olur. Aybaşı tsiklinin təqviminin aparılması, həmçinin aybaşı tsiklində olan hər hansı bir pozğunluqların vaxtında müəyyən edilməsinə və gecikmədən həkimə müraciət olunmasına imkan verir.

Aybaşı dövrü - funksiya etibarı ilə bir neçə “quruluşlar” (baş beyini qabığı, hipotalamus, hipofiz), həmçinin qadın cinsiyyət üzvləri (yumurtalıqlar, uşaqlıq) tərəfindən tənzimlənir. Bu sistemlər bir-biri ilə əlaqəli olduğundan növbəti aybaşı tsiklinin pozulması onların hər birindən asılı ola bilər.

Aybaşının ləngiməsi səbəbləri

Aybaşının ləngiməsi müxtəlif ginekoloji xəstəliklər, məsələn, uşaqlığın və yumurtalıqların iltihabı, uşaqlığın mioması (xoşxassəli şişi), onkoloji xəstəliklər və s. səbəblərdən baş verə bilər.

Mütəmadi olaraq menstruasiyanın ləngiməsi yumurtalıqların polikistoz xəstəliyi üçün xarakterik hesab edilir (bu barədə 25-ci səhifədə oxuya bilərsiniz)

Aybaşının ləngiməsi, həmçinin uşaqsalmadan (abort) sonra da baş verə bilər. Bunun səbəbi isə uşaqsalmadan sonra pozulmuş olan hormonal tarazlıq, həmçinin uşaqlığın özündə olan patoloji haldır. Yəni, uşaqsalmadan sonra aybaşı 28-32 gündən sonra yox, 40 gün və daha artıq müddətdən sonra baş verə bilər. Belə ləngimə normal hesab edilə bilməz və qadının müayinə və müalicə olunmasını tələb edir.

Aybaşının ləngiməsinin səbəbi oral (ağızdan qəbul edilən) kontraseptivlərin (hamiləlik əleyhinə dərman preparatları) qəbul edilməsi də ola bilər. Preparatın qəbul edilməsi dövründə və ya onun qəbulunu dayandırdıqdan sonrakı müddət ərzində bir neçə aybaşı tsikli olmaya bilər. Bu, yumurtalıqların hipertormozlanması sindromu adlanır. Yumurtalıqların hipertormozlanması sindromuna təsadüf edildiyi halda, oral kontraseptivlərin qəbulu dayandırılır. Adətən, oral kontraseptiv preparatların qəbulu dayandırıldıqdan sonrakı 2-3 ay (maksimum 6 ay) müddətində yumurtalıqların funksiyası bərpa olunur. Aybaşının olmaması göstərilən müddətlərdən artıq olarsa, bu zaman mütləq həkim-ginekoloqa müraciət etmək lazımdır.

Uzun müddətli zəif və orta dərəcəli streslər və ya qısamüddətli güclü streslər – yumurtalıqların və uşaqlığın fəaliyyətini tənzimləyən baş beyini qabığı və hipotalamusun fəaliyyətinin normal gedişinin pozulmasına da səbəb ola bilər. Buna misal olaraq hərbi vəziyyət zamanı qadınlarda baş verən amenoreyanı (aybaşının olmaması) göstərmək olar. Bu zaman baş verən güclü streslər şəraitində qadınlarda menstruasiyalar bir neçə il müddətinə kəsilmiş olur. Ancaq heç bir müalicə aparmadan streslər qurtardıqdan sonra aybaşının öz-özünə bərpa olunacağına ümid etmək də olmaz. Çünki bir çox hallarda aybaşı tsikli bərpa olunmaya da bilər. Buna görə də səbəbindən asılı olmayaraq aybaşı tsiklinin pozulması zamanı həkim-ginekoloqa müraciət etmək məsləhət görülür. Qadın, ginekoloq tərəfindən tam şəkildə müayinə olunduqdan sonra tələbat olduğu halda digər mütəxəssislərin (nevropatoloq, endokrinoloq və s.) də müayinəsinə göndərilə bilər.

Menstruasiyanın xeyli müddət ərzində olmamasının səbəblərindən biri də qadının çəkisinin xeyli dərəcədə və sürətli şəkildə azalması da ola bilər. Arıq olmağın dəbdə olmasına uyaraq bir çox “müasir” qızlar özlərini xeyli dərəcədə arıqladaraq çəkilərini kritik menstrual çəki (45-47 kq ) həddinə çatdırırlar ki, bu da aybaşının uzun müddətə kəsilməsinə səbəb olur.

Aybaşının kəsilməsinin ən təbii səbəbi – hamiləlikdir. Hamiləlik vaxtı endokrin sisteminin fəaliyyətində xeyli dərəcədə dəyişikliklər baş verir: hipofiz vəzi aktiv şəkildə prolaktin hormonu hazırlamağa başlayır ki, o da bir tərəfdən laktasiyanı (döş vəzisində südün hazırlanması) stimullaşdırır, eyni zamanda isə ovulyasiyanı dayandırır.

Hamiləliyi təsdiq etmək üçün hamiləlik testindən istifadə edirlər. Bu test sidikdə spesifik “hamiləlik hormonu” olan – xorionik qonadotropinin (XQ) olması və ya olmamasını müəyyən edir.

Qadınlar onu da bilməlidirlər ki, bəzi onkoloji – şiş xəstəliklərində də xorionik qonadotropinin (XQ) ifrazı baş verir. Bu isə səhv olaraq “müsbət” hamiləlik testi kimi qəbul edilə bilər.

Bundan savayı, qadınlar onu da bilməlidirlər ki, aybaşının kəsilməsi həm uşaqlıq daxili hamiləlikdə, həm də uşaqlıqdan kənar hamiləlikdə də (bu zaman rüşeym hüceyrəsi uşaqlıq borusu, yumurtalıq və qarın boşluğuna birləşmiş olur) baş verir. Hər iki halda (həm uşaqlıq daxili, həm də uşaqlıqdan kənar hamiləlik zamanı) hamiləlik testi müsbət olur. Uşaqlıqdan kənar hamiləlik qadının sağlamlığı və hətta həyatı üçün çox təhlükəli bir hal hesab edilərək təcili şəkildə ləğv edilməlidir. Buna görə də hamiləliyin ilk əlamətləri başlayan kimi mütləq həkim-ginekoloqa müraciət etmək tələb olunur. Aparılan müayinələr nəticəsində həkim hamiləlik faktının olmasını, həmçinin onun uşaqlıq daxili və ya uşaqlıqdan kənar olmasını müəyyən edə bilir.

Laktasiya da - aybaşının olmamasının təbii səbəblərindən biridir. Adətən, ana körpəsini yalnız əmizdirməklə qidalandırdığı zaman, prolaktin hormonu ovulyasiyanı dayandırır – və laktasion amenoreya (körpənin ana südü ilə qidalandırılması zamanı menstruasiyanın kəsilməsi) baş verir ki, bu da uşağın 1 yaşınadək və daha artıq müddət ərzində (uşağın əmizdirilməsi qurtarana qədər) davam edir. Bəzi hallarda isə kifayət qədər laktasiyanın olduğu müddət ərzində qadınların aybaşı tsikli tez bir zamanda bərpa olunur. Ona görə də qadınlar bilməlidirlər ki, doğuşdan sonra aybaşının olmaması və uşağın normal əmizdirilməsi dövründə hamiləliyin baş verməməsinə 100% təminat vermək olmaz. Buna görə də onlar hətta bu dövrdə də hamiləlikdən qorunmanın (kontrasepsiya) müvafiq üsullarından istifadə etməlidirlər.

Əgər qadın, ümumiyyətlə, uşağı əmizdirmirsə və ya onun südü çox azdırsa, adətən, doğuşdan 2-3 ay sonra menstruasiya tsikli bərpa olunur.

Beləliklə, nəticələri qeyd edək:
qadın özünün aybaşı tsiklinin müddətini bilməli,
aybaşı tsiklinin müntəzəm (requlyar) olmasına nəzarət etməli,
ilkin tsikl pozğunluqları baş verən kimi, tez bir zamanda həkimə müraciət etməlidir.

Həkim-ginekoloq tərəfindən aparılan müayinələr, bir çox hallarda, təcili cərrahi müdaxilə tələb edilən halların (uşaqlıqdan kənar hamiləlik, onkoloji – şiş xəstəlikləri və s.) vaxtında müəyyən edilməsinə imkan vermiş olur.

Menstruasiya zamanı ağrı və nasazlıqlar

Bir çox qadınlarda menstruasiya (aybaşı) tsikli bu və ya digər xəstəlik hissiyyatları ilə keçir. Bu halı həkimlər menstruasiya önü sindromu (menstruasiyadan əvvəl qadın orqanizmində olan pozğunluqlar) və alqodismenoreya (ağrılı aybaşı) kimi adlandırırlar.

Birinci halda aybaşı (menstruasiya) başlamazdan bir neçə gün əvvəl qarının aşağı hissəsində ara verməyən ağrılar, xeyli selik ifrazı, tezləşmiş sidik ifrazı hissiyyatı, ümumi hal-əhvalın pisləşməsi, süd vəzilərinin mümkün ola biləcək gərginləşməsi, baş ağrıları, başgicəllənmə, miqren (kəskin baş ağrıları), bayılmalar (özündəngetmələr), depressiya, hər şeyə kəskin reaksiya vermək, ürəyi kövrəklik və bir çox digər narahatedici əlamətlər əmələ gəlir.

Aybaşı başlayandan sonra bu narahatlıqlar ya keçib gedir və ya arta bilərlər. Alqodismenoreya zamanı qadında qarının aşağı hissəsində ağrı, ürəkbulanma, qusma, başgicəllənmə, baş ağrıları, ümumi zəiflik, bəzən isə huşun itirilməsi (bayılma) kimi əlamətlər olur. Bir sıra qadınlarda bu əlamətlər tez bir zamanda keçib getsə də, digərlərində menstruasiyanın sonuna qədər saxlanmış olur.

Əlbəttə ki, aybaşı (menstruasiya) zamanı olan ağrılar uşaqlığın müxtəlif patoloji xəstəliklərində – endometrioz (uşaqlığın selikli qişasının iltihabı), uşaqlıqda daxili çapıqların olması, uşaqlığın formasının düzgün olmaması, uşaqlığın mioması və s. bu kimi patoloji hallarda da baş verə bilər. Məhz buna görə aybaşı dövründə, kəskin ağrılar hiss edildiyi halda mütləq ginekoloqa müraciət etmək lazımdır.

Onu da qeyd etmək lazımdır ki, bir çox hallarda menstruasiya (aybaşı) vaxtı və ya ondan qabaq, hətta kəskin ağrılar və digər “narahatlıqlar” hiss edən qadınlar tam sağlam olurlar. Bəs bu halda menstruasiya vaxtı olan ağrılar və digər xoşagəlməz hissiyyatlar nə ilə əlaqədardır? Ginekoloqlar bu halları qadın cinsi hormonlarının orqanizmə təsiri ilə əlaqələndirirlər. Məlum olduğu kimi, uşaqlıq menstruasiya dövründə şişkinləşdiyi üçün onun ölçüləri bir qədər artaraq əvvəlki halına nisbətən daha çox yer tutmuş olur. Ola bilər ki, bu zaman uşaqlıq qonşu orqanlara dirənir ki, bu da çanaq nahiyəsində ağrılar və digər narahatlıqlara səbəb olur. Ağrılar menstruasiya zamanı uşaqlıq boynunun əzələ qatının vaxtında boşalmaması (genişlənməməsi) nəticəsində də baş verə bilər; yəni uşaqlığın selikli qişasının qopması başlamış olduğu halda, uşaqlıq boynu lazımi ölçülərədək genişlənməmiş ola bilər. Bu halda uşaqlıq içəri tərəfdən dartılmaqla özü-özünü genişləndirir ki, bu da ağrıya səbəb olur.

Menstruasiya vaxtı və ondan qabaqkı dövrdə, qadının sinir sistemi və psixoloji halında olan dəyişiklikləri həkimlər, qadın cinsi hormonlarının sinir sisteminə olan təsiri ilə izah edirlər. Beləliklə, həkimlə məsləhətləşdikdən sonra, ağrılı aybaşının olmasına baxmayaraq sizin orqanizminizdə heç bir patoloji pozğunluğun olmadığına əmin olduqdan sonra, ümumi vəziyyətinizi yüngülləşdirmək üçün aşağıdakı məsləhətlərimizdən istifadə edin:
Menstruasiya başlanan günü və ondan 1 gün əvvəl bir çox qadınlara adi spazmolitik dərman preparatlarından birinin (sizə hansı preparatın uyğun olmasını seçmək üçün həkiminizlə məsləhətləşin) qəbul edilməsi yaxşı kömək edir;
Kəskin ağrılar olduğu halda həkim-ginekoloqla məsləhətləşərək ağrıkəsici preparatlarından da istifadə etmək olar;
Bir çox qadınlara isti vanna qəbul edilməsi də yaxşı kömək edir. Bu, əzələlələrin yüngül dərəcədə boşalmasına səbəb olur ki, bunun da nəticəsində uşaqlıq boynu daha tez açılır. Bu məqsədlə həmçinin qarının aşağı hissəsinə isti qrelka (içinə isti su tökülüb bədənin ağrıyan yerinə qoyulan rezin qovuq) da qoymaq olar;
Aktiv fiziki hərəkətlər də bir çox hallarda qadınlarda ağrının azalmasına səbəb olur;
Ağrının azalmasına aşağıdakı idman hərəkəti də kömək edə bilər: arxası üstə uzanaraq divar boyu ayaqlarınızı yuxarı qaldırın. Bədən əzələlərinizi tam şəkildə boşaldaraq bu halda 15 dəqiqə ərzində uzanın;
Menstruasiya vaxtı ümumi əhval-ruhiyyənin kəskin şəkildə pisləşməsi, psixi və nevroloji gərginlik, hər şeyə kəskin reaksiya vermək, depressiya və s. əlamətlər olduğu hallarda həkim-nevropatoloqa müraciət etməklə sakitləşdirici dərman preparatlarının qəbul edilməsi barədə məsləhət almaq olar.

18 yorum:

  1. salam menim aybasim,6 da olub mart ayinda.30 da cinsi elaqede olmusham.indi aprelin 9 dur ama aybasim olmur.bu hamilelik oa biler?

    YanıtlaSil
  2. men 3 aydan coxdur ki aybasi olmuram ozum de evli deyilem qorxuram ki agir xesteliyim olsun xais edirem derdime derman lazimdi cavab yazin

    YanıtlaSil
  3. salam menim 2005 1evladim olub ondan sonra usaga qalmirdim falikullar yetismirdi hekimden mualice aldim ayri ayri aylarda illerde 4defe usaga qalmisam 4de inkisafdan qalib axirinci abortdan sonra il yarimdi mualice aliram hormanal pozqunug var indi normasina dusub amma uziye dusdum hekim deyir ki sende palikistoz var 2aydir aybasi olmuram hekim deyirki enelyat eleyek men istemirem teze emele gelib coxda boyuk deyil mualice alsam nece olar amma bedenim dermanlarla doludur mene bir meslehet verin cox xais edirem bir cavab yazin bitgilerle mualice elesem nece olar aybasi olmasi ucun hansi bitgi yaxsidir elacsiz qalmisam xais edirem bir meslehet vererdiz

    YanıtlaSil
    Yanıtlar
    1. men evli deyilem hemiwe vaxtimdan 10 gun tez xestelenirem 19yawim var 2ildi beledi sebebi ne ola biler cox qorxuram

      Sil
  4. mene nece cvb gelecek

    YanıtlaSil
  5. salam menim vaxtımdan 5 gün keçib ancaq hamilelik testi salıram neqatif çıxır bunun sebebi ne ola biler 23 yaşım var

    YanıtlaSil
  6. Menim 19 yawim var ay bawi vaxti vaxtinda olurdum ama iki aydi pozulub polikistozuda var men hamile qala bilerem?

    YanıtlaSil
  7. salam menim 21 yasim var yuyunanda elime iceride et kimi sey deyir qizliqim pozula biler yoxsa yox xais edirem cavab yazin

    YanıtlaSil
  8. salamlar men aybasi vaxtimdan 40gun kecib bu nedendi?venama iyne vuruldu kalciklikanat iynesi bunan ola bilermi?

    YanıtlaSil
  9. salam men evliyem 24 yasim var 2 aydi aybasi olmuram test de alib yaxlamisam hamile deyilem sebebi ne ola biler

    YanıtlaSil
  10. Men hamile qalmaq isdemirem ne edim

    YanıtlaSil
  11. Salam.menim 24 yaşım var.7ci sinifden aybaşım başlıyıb.amma ele ovaxtan indiye kimi ilde iki və ya uc defe aybaşı oluram.kistadan müalice alsamda yene düzəlmədim.esebi və gərgin oluram hemde kokelirem.sebebin yaza bilersiz mene zehmet olmazsa.

    YanıtlaSil
  12. Menim ay bawimdan 2 hefte kecib neden ola biler?

    YanıtlaSil
  13. 15 yawim var aybawi cox geciwir 35-40 gun ele olurki 55 gun neden ola biler?

    YanıtlaSil
  14. salam mənim 23 yaşım var 2 aydır aybaşı olmuram testlə yoxlamışam neqatif çıxıb, səbəbini bilmək istəyərdim?

    YanıtlaSil
  15. salam men 24 yasindayam qaydasinda aybasi olmuram 5aydan 3 aydan bir oluram her seyi yoxlatmisam neden ola bilir

    YanıtlaSil
  16. 19 yawim ehtirasim coxdu neden ola biler?

    YanıtlaSil
  17. salam menim 12 yasim var ilk aybasim avqustun 24 de oldu 30 qeder davam etdi indi oktyabrin 26 sidi hele aybasi olmamisam cox narahatam xais edirem cavab yazasiniz

    YanıtlaSil